Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Fevral 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın l-də saat 18:05-dən 18:10-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;
- saat 21:50-dən 22:15-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 18:05-dən 18:10-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 15:45-dən 16:00-dək, fevralın 2-də saat 00:45-dən 01:10-dək fasilələrlə Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Mehdili və Cocuq Mərcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 16:30-dan 16:45-dək, 20:40-dan 21:10-dək, fevralın 2-də 00:40-dan 00:55-dək, 02:05-dən 02:20-dək Füzuli rayonununun Aşağı Seyidəhmədli, Qaraxanbəyli və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.