Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Fevral 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 4-də saat 16:50-dən 17:20-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:00-dan 22:10-dək Cəbrayıl rayonunun Cocuqmərcanlı və Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 19:50-dən 19:55-dək, 22:00-dan 23:30-dək, fevralın 5-də saat 00:10-dan 00:15-dək fasilələrlə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 20:30-dan 20:50-dək və fevralın 5-də saat 04:30-dan 04:55-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən  Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqələrini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.