AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Fevralın 28-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Əfşar Süleymanini səfirlik missiyasının başa çatması ilə əlaqədar qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində- fevralın 26-dan martın 16-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Əməliyyat Planlaşdırma” kursu;- fevralın 27-dən martın 1-dək Bidqəş şəhərindo (Polşa) “Kooperativ Marlin-2007” təliminin əsas planlaşdırma konfransı keçirilir.
ATƏT-in fəliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu il fevralın 27-də Azərbaycan Respublikasının Füzuli rayonu ərazisində, Füzuli-Horadiz yolunun yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Fevralın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Baş Qərargahının 2-ci rəisi ordu generalı Ergin Sayqunu və nümayəndə heyətini qəbul etmişdir.
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 20-də saat 05:35-dən 06:15-dək Ağdam rayonunun işğal olunmuş Yusifcanlı kəndinin 2,5 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri və müdafiə naziri şeyx Məhəmməd Bin Rəşid Əl-Məktumun dəvətilə 8-ci Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün fevralın 17-də Abu-Dabi şəhərinə yola düşmüşdür.
ATƏT-in fəliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu il fevralın 14-də Azərbaycan Respublikasının Xocavənd rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Fevralın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi cənab Piter Rodmanı və nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu-generalı Yaşar Böyükkanıtın dəvəti ilə fevralın 5-dən 6-dək Türkiyə Respublikasında rəsmi səfərdə olmuşdur.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu-generalı Yaşar Böyükkanıtın dəvəti ilə fevralın 5-də Ankaraya rəsmi səfərə getmişdir.