Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Fevral 2007 00:03

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində
- fevralın 26-dan martın 16-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Əməliyyat Planlaşdırma” kursu;
- fevralın 27-dən martın 1-dək Bidqəş şəhərindo (Polşa) “Kooperativ Marlin-2007” təliminin əsas planlaşdırma konfransı keçirilir.
- Azərbaycan Respublikası ilə Ukrayna arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, fevralın 26-dan martın 2-dək Kişinyov şəhərində (Moldova) “MEDCEUR-2007” təliminin əsas planlaşdırma konfransı;
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, fevralın 26-dan martın 9-dək Yalova şəhərində “Hava Hücumundan Müdafiə silahları” üzrə kurs;
Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, fevralın 26-dan martın 16-dək Sibiu şəhərində “NATO-nun Rabitə Prosedurları” kursu;
Azərbaycan Respublikası ilə Latviya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, fevralın 26-dan martın 30-dək Liepaya şəhərində “Gəmi dalğıcı” kursu;
Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, fevralın 26-dan aprelin 6-dək Vışkov şəhərində (Çexiya Respublikası) “Sülhü Dəstəkləmə Əməliyyatları üzrə təlimatçı hazırlığı” kursu keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.