Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Fevral 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Baş Qərargahının 2-ci rəisi ordu generalı Ergin Sayqunu və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, qardaş Türkiyə Silahlı Qüvvələrinin hər bir nümayəndə heyətinin gəlişini biz sevinclə qarşılayırıq. Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə Respublikası onu bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də dəstəkləyən və yardım edən ilk dövlətlərdən biri olmuşdur.
General-polkovnik S.Əbiyev Azərbaycanın Avropa təhlükəsizlik strukturlarına uğurlu inteqrasiyasından, NATO ilə əməkdaşlığının planlı inkişafından, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətdən və Ermənistanın bölgədə işğalçılıq siyasətini davam etdirməsindən bəhs etmişdir.
Ordu generalı E.Sayqun səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür etmiş və müdafiə sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığının bundan sonra da yüksək səviyyədə inkişaf edəcəyini söyləmişdir.
Görüş zamanı Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının perspektivləri müzakirə edilmişdir.
Görüş iştirakçıları saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Görüşün gedişində tərəflər hər iki dövlətin ümummilli mənafeyinə və müdafiəsinə xidmət edən bütün məsələlərdə bir-birini dəstəkləyəcəyinə əmin olduqlarını bildirmişlər.
Görüşün sonunda Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında əməkdaşlığın inkişafına dair sənədlər imzalanmışdır.
Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Hüseyn Avni Karslıoğlu iştirak etmişdir.