AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dekabrın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycan Respublikasına şəxsi səfərə gəlmiş Bahreyn Krallığının Müdafiə naziri Şeyx Xəlifə Bin Əhməd Əl Xəlifəni və nümayəndə heyətini qəbul etmişdir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 18-də saat 20:00-dan 20:30-dək Tərtər rayonunun işğal olunmuş Seysulan kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 17-də:- saat 21:45-dən 22:00-dək Ağdam rayonunun işğal olunmuş Şıxlar kəndinin 1,4 km cənub-şərqində və işğal olunmuş Baş Qərvənd kəndinin cənubunda yerləşən mövqelərindən;- saat 22:00-da Tərtər rayonunun işğal olunmuş Cerabert kəndinin 3,5 km şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Dekabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Xüsusi Təyinatlı Qüvvələr komandanı korpus generalı Servet Yörükü qəbul etmişdir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu il dekabrın 13-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Dekabrın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini cənab Cim Makduqalı və nümayəndə heyətini qəbul etmişdir.
Dekabrın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Jandarma Komandanı ordu generalı İşıq Koşaneri və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 5-də saat 20:40-dan 20:55-dək Berd rayonunun Çinari kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi, Hacıhəsənli və Ağbulaq kəndləri yaxınlığındakı mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 3-də saat 18:50-dən 20:05-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin 1,5 km cənubunda yerləşən mövqelərindən və dekabrın 4-də saat 5:30-da Ağdam rayonunun Şıxlar kəndinin 0,5 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu il dekabrın 4-də Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.