AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 27-də Qazax rayonunun Məzəmli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Rusiya Federasiyası Baş nazirinin müavini – Müdafiə naziri Sergey İvanov Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə yanvarın 23-də Bakıya rəsmi səfərə gəlmişdir.
Yanvarın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığı komandanının müavini -general Çarlz Uoldu və nümayəndə heyətini qəbul etmişdir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 17-də saat 16:40-dan 16:55-dək Noyamberyan rayonunun ərazisindəki Böyük Gədik dağının şimal-şərqində və həmin rayonun ərazisindəki Şavaksavan kəndinin 0,2 km.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 17-dən 19-dək Kişinyov şəhərində (Moldova Respublikası) “Cooperative Longbow/Lancer-2006” təliminin ilkin planlaşdırma konfransı keçirilir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 12-də saat 00:05-dən 00:10-dək İcevan rayonunun ərazisindəki Qarayal dağında yerləşən mövqelərindən və saat 02:00-dan 02:05-dək həmin rayonun ərazisindəki Ayqeovit kəndinin 2 km.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 12-də Goranboy rayonunun Borsunlu kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- yanvarın 9-dan 13-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Qərargah zabitləri üçün tanışlıq” kursu;- yanvarın 9-dan martın 11-dək Budapeşt şəhərində (Macarıstan Respublikası) “Hərbi İngilis dili” kursu;- yanvarın 11-dən 13-dək Stavanger şəhərində (Norveç Krallığı) “Steadfast Jaw-06” təliminin ilkin planlaşdırma konfransı və Brüssel şəhərində (Belçika Krallığı) “Avropada adi silahlı qüvvələr” Müqaviləsi çərçivəsində "VERİTİ” işçi görüşü keçirilir.
Yanvarın 6-da Müşviqabad yaşayış qəsəbəsi yaxınlığında xidməti vəzifələrini yerinə yetirərkən aşağıda adları göstərilən hərbi qulluqçular avtomobil qəzasına düşmüş və həlak olmuşlar:- Polkovnik-leytenant Həmidov Namiq Əziz oğlu (25 dekabr 1963-cü ildə anadan olub, Bakı şəhəri Xətai RHK tərəfindən 1981-ci ildə hərbi xidmətə çağrılıb);- Mayor Axundov Namiq Nurəddin oğlu (30 iyul 1956-cı ildə anadan olub, Bakı şəhəri Yasamal RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağrılıb);- Leytenant Abdullayev Mehman Tahir oğlu (06 iyun 1982-ci ildə anadan olub, Bərdə RHK tərəfindən 2000-ci ildə hərbi xidmətə çağrılıb);- Əsgər Məmmədəv Elvin Elbrus oğlu (1987-ci ildə anadan olub, Göyçay RHK tərəfindən 2005-ci ilin iyul ayında hərbi xidmətə çağrılıb); Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb.