Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Yanvar 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- yanvarın 30-dan fevralın 3-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Kütləvi qırğın silahlarından müdafiə üzrə tanışlıq”, “NATO sülhü dəstəkləmə əməliyyatları” və “NATO mülki-hərbi əmakdaşlıq” kursları;
- yanvarın 30-dan fevralın 3-dək və fevralın 6-dan 10-dək Feodosiya şəhərində (Ukrayna Respublikası) “MEDCEUR 2006” təliminin ilkin və əsas planlaşdırma konfransları keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.