AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 29-da saat 17:15-dən 17:20-dək Qazax rayonunun işğal olunmuş Aşağı Əskipara kəndinin 0,7 km şimalında və 0,4 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini; -saat 22:40-dan 22:50-dək Qazax rayonunun Məzəmli kəndinin 0,2 km cənubunda yerləşən mövqelərindən Məzəmli kəndini; -saat 23:40-dan 23:50-dək Xocavənd rayonunun işğal olunmuş Kuropatkino kəndinin 1,2 km şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Müdafiə naziri Serqey İvanovun dəvətilə MDB dövlətləri Hava Hücumundan Müdafiə Qüvvələrinin “Döyüş Birliyi-2005” təliminin döyüş atışı mərhələsinin keçirilməsində müşahidəçi kimi iştirak etmək üçün avqustun 29-da Həştərxan şəhərinə yola düşmüşdür.
Avqustun 25-də saat 16:35-dən saat 17:10-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər rayonunun Çaylı kəndinin 2.5 km şimal-şərqində və 1 km şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin sahəsindəki üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikası ilə Ukrayna arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, avqustun 22-dən 24-dək Bakı şəhərində “Hərbi səhra cərrahiyəsi” kursu;Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, avqustun 22-dən 25-dək Həştərxan şəhərində “Xəzər dənizində təhlükəsizlik, axtarış və xilasetmə” mövzusunda seminar;Azərbaycan Respublikası ilə Polşa arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, avqustun 22-dən 26-dək “Hərbi jurnalistlərin Polşaya səfəri”;Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, avqustun 22-dən sentyabrın 16-dək Bakı şəhərində “Sülhü dəstəkləmə əməliyatları üzrə təlimatçılar üçün kurs”;Azərbaycan Respublikası ilə Latviya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, avqustun 23-dən 26-dək Riqa şəhərində “Təbii və texnogen fəlakətlər və mümkün olan terror aktlarının qarşısının alınması üzrə dövlətlərarası əməkdaşlıq sahəsində mülki-hərbi fövqəladə planlaşdırma təlimi”nin seminarı keçirilir.
Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Latviya Respublikasının Müdafıə naziri cənab Eynars Repşenin dəvətilə avqustun 15-i və 16-da Riqa şəhərində rəsmi səfərdə olmuşdur.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Latviya Respublikasının Müdafiə naziri cənab Eynars Repşenin dəvətilə avqustun 15-də Riqa şəhərinə rəsmi səfərə yola düşmüşdür.
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 15-də saat 04:15-dən 04:30-dək Tərtər rayonunun işğal olunmuş Ceraberd kəndinin 2,5 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Qarmiravan kəndi sahəsindəki mövqelərini avtomatlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 13-də saat 00:05-dən 00:35-dək və saat 00:40-dan 01:00-dək Xocavənd rayonunun işğal olunmuş Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, avqustun 15-dən 19-dək Bakı şəhərində “Hava məkanının idarə edilməsinə nəzarət” üzrə kurs;Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlq planına uyğun olaraq, avqustun 15-dən 19-dək Ankara şəhərində “Türkiyə Silahlı Qüvvələrində maddi-texniki təminat və texniki plan ilə tanışlıq”, Altınova və Yalova şəhərlərində “Hərbi Hava Qüvvələri üzrə kiçik kalibri silah” kursu;Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlq planına uyğun olaraq, avqustun 16-dan 21-dək Moskva vilayəti Çukovsk rayonunda aviasiya və kosmik texnika üzrə beynəlxalq “MAKS-2005” sərgisi keçirilir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 4-də Xocavənd rayonunun Aşağı Veysəlli kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.