Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə Ukrayna arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, avqustun 22-dən 24-dək Bakı şəhərində “Hərbi səhra cərrahiyəsi” kursu;
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, avqustun 22-dən 25-dək Həştərxan şəhərində “Xəzər dənizində təhlükəsizlik, axtarış və xilasetmə” mövzusunda seminar;
Azərbaycan Respublikası ilə Polşa arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, avqustun 22-dən 26-dək “Hərbi jurnalistlərin Polşaya səfəri”;
Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, avqustun 22-dən sentyabrın 16-dək Bakı şəhərində “Sülhü dəstəkləmə əməliyatları üzrə təlimatçılar üçün kurs”;
Azərbaycan Respublikası ilə Latviya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, avqustun 23-dən 26-dək Riqa şəhərində “Təbii və texnogen fəlakətlər və mümkün olan terror aktlarının qarşısının alınması üzrə dövlətlərarası əməkdaşlıq sahəsində mülki-hərbi fövqəladə planlaşdırma təlimi”nin seminarı keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.