Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Avqust 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Latviya Respublikasının Müdafiə naziri cənab Eynars Repşenin dəvətilə avqustun 15-də Riqa şəhərinə rəsmi səfərə yola düşmüşdür.
Səfər zamanı general-polkovnik S.Əbiyevin Latviyanın Müdafiə naziri, Milli Silahlı Qüvvələrin komandanı, Xarici İşlər naziri, Latviya Seyminin spikeri və Seymin Müdafiə və Daxili İşlər Komitəsinin sədri ilə görüşləri planlaşdırılır.
Görüşlərdə Azərbaycan-Latviya ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə ediləcəkdir.
Səfərin gedişində “Azərbaycan Respublikası və Latviya Respublikası Müdafiə Nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanacaqdır.
Səfər avqustun 16-da başa çatacaqdır.