Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Avqust 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, avqustun 15-dən 19-dək Bakı şəhərində “Hava məkanının idarə edilməsinə nəzarət” üzrə kurs;
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlq planına uyğun olaraq, avqustun 15-dən 19-dək Ankara şəhərində “Türkiyə Silahlı Qüvvələrində maddi-texniki təminat və texniki plan ilə tanışlıq”, Altınova və Yalova şəhərlərində “Hərbi Hava Qüvvələri üzrə kiçik kalibri silah” kursu;
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlq planına uyğun olaraq, avqustun 16-dan 21-dək Moskva vilayəti Çukovsk rayonunda aviasiya və kosmik texnika üzrə beynəlxalq “MAKS-2005” sərgisi keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.