Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 15 Mart 2005 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 14-dən 21-dək Qranada şəhərində (İspaniya Krallığı) “Combined Endeavour-05” təliminin yekun planlaşdırma konfransı, martın 14-dən 24-dək Brüssel və Mons şəhərlərində (Belçika Krallığı) “NATO-nun Beynəlxalq Hərbi Qərargahı və Tərəfdaşlığın Koordinasiya Qrupu ilə tanışlıq proqramı” mövzusunda birgə seminar və martın 14-dən 25-dək Ankara şəhərində (Türkiyə Respublikası) “Sülhməramlı əməliyyatlarda hərbi müşahidəçi” kursu keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 15 Mart 2005 00:00

Martın 14-də saat 23:50-dən 00:15-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Berkaber kəndinin 1.5 km şərqində və Qazax rayonunun işğal olunmuş Xeyrimli kəndinin 2 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi sahəsindəki mövqelərini və Məzəmli kəndini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 14 Mart 2005 00:00

Martın 13-də saat 20:00-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Qaraqaşlı kəndinin 1 km şimalında yerləşən mövqelərindən Azərbycan Silahlı Qüvvələrinin həmin rayonun Sarıcallı kəndi sahəsində yerləşən mövqelərini, martın 14-də saat 01:30-dan 0l:45-dək Ağdam rayonunun işğal olunmuş Sarıcalı kəndinin 1,5 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Evoğlu kəndi istiqamətindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 12 Mart 2005 00:00

Martın 11-də saat 06:30-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Şıxlar kəndinin qərbindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin sahəsində yerləşən üzbəüz mövqelərini, saat 14:35-dən 15:00-dək Goranboy rayonunun işğal olunmuş Talış kəndi istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunun Borsunlu kəndi sahəsində yerləşən mövqelərini və saat 16:30-dan 16:37-dək Füzuli rayonunun işğal olunmuş Horadiz kəndinin 3.5 km şimal-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin sahəsində yerləşən üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 10 Mart 2005 00:00

Martın 9-da saat 11:10-da və martın 10-da saat 08:55-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər rayonunun işğal olunmuş Seysulan kəndinin 1 km şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Qapanlı kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 9 Mart 2005 00:00

Martın 8-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 20:10-dan 20:45-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin 2,5 km cənub-şərqində yerləşən işğal olunmuş “N” yüksəkliyindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunun Borsunlu kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan, saat 23:25-də Tərtər rayonunun işğal olunmuş Seysulan kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Qapanlı kəndi sahəsindəki mövqelərini qumbaraatanlardan və saat 23:45-də Ağdam rayonunun Şıxlar kəndinin 1.5 km cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin ərazisindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 8 Mart 2005 00:00

Martın 7-də saat 20:30-dan 23:00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər rayonunun işğal olunmuş Seysulan kəndinin şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Qapanlı kəndi sahəsindəki mövqelərini atıcı silahlardan arasıra atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 7 Mart 2005 00:01

Martın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harnişi, ABŞ Hərbi Hava Qüvvələri Kollecinin bir qrup professor-müəllim heyətini və dinləyicilərini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 5 Mart 2005 00:02

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 7-dən 11-dək Oberamerqau şəhərində (Almaniya Federativ Respublikası) “Açıq mənbələrdən kəşfiyyat” üzrə kurs, martın 7-dən 18-dək Brunsum şəhərində (Niderland Krallığı) “Çoxmillətli Birləşmiş Əməliyyat Qüvvələri üzrə II təlim” və İzmir şəhərində (Türkiyə Respublikası) “Hava Hərəkətinə nəzarət üzrə terminologiya” kursu keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 5 Mart 2005 00:01

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 7-də Bərdə və Ağdam rayonları arasında yerləşən yolun yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.