AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 29-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 20:30-dan 20:45-dək Ağdam rayonunun işğal olunmuş Sarıcalı kəndinin şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Evoğlu kəndi istiqamətindəki mövqelərini, martın 30-da saat 05:25-dən 05:30-dək Ağdam rayonunun işğal olunmuş Şıxlar kəndinin cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin sahəsində yerləşən üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Martın 28-də Azərbaycana rəsmi səfərə gəlmiş Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı donanma admiralı Özden Örneyin Azərbaycan Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi olmuşdur.
Martın 28-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 15:00-dan 15:20-dək Qazax rayonunun işğal olunmuş Xeyrimli kəndinin 1,5 km şimal-şərqində yerləşən mövqelərindən həmin rayonun Məzəmli kəndini, saat 20:35-dən 20:40-dək İcevan rayonunun Berkaber kəndinin 1,3 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi sahəsindəki mövqelərini və saat 21:50-dən 22:10-dək Ağdam rayonunun işğal olunmuş Baş Qərvənd kəndinin 0.5 km cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Çıraqlı kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 25-də Goranboy rayonunun Borsunlu kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Martın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Anatoliy Yurçenko və hərbi attaşesi birinci dərəcəli kapitan Yuriy Yuzkonu qəbul etmişdir.
Martın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çex Respublikası parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri cənab Yan Vidimin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Martın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Oklahoma ştatı Milli Qvardiyasının komandanı general-mayor Harri Uaytı qəbul etmişdir.
Martın 16-da saat 21:00-dan 21:15-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Noyemberyan rayonunun Dovex kəndinin 3,5 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli kəndi istiqamətində yerləşən mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 17-də Tərtər rayonunun Qapanlı kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Martın 15-dən 16-na keçən gecə saat 20:30-dan 01:45-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Sarıcalı kəndinin 1 km şimalında və 2,5 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan ara-sıra atəşə tutmuşlar.