Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Mart 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 7-də Bərdə və Ağdam rayonları arasında yerləşən yolun yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Oleksandr Samarski keçirəcəklər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçiləri Miroslav Vımetal və Piter Ki keçirəcəklər.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində martın 7-dən 11-dək Oberamerqau şəhərində (Almaniya Federativ Respublikası) «Açıq mənbələrdən kəşfiyyat» üzrə kurs, martın 7-dən 18-dək Brunsum şəhərində (Niderland Krallığı) «Çoxmillətli Birləşmiş Əməliyyat Qüvvələri üzrə II təlim» və İzmir şəhərində (Türkiyə Respublikası) «Hava Hərəkətinə nəzarət üzrə terminologiya» kursu keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.