AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 7-də saat 20:30-dan 23:00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər rayonunun işğal olunmuş Seysulan kəndinin şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Qapanlı kəndi sahəsindəki mövqelərini atıcı silahlardan arasıra atəşə tutmuşlar.
Düşmənə cavab atəşi açılmışdır. Nəticədə hər iki tərəfdən yaralananlar, düşmən tərəfdən isə ölənlər vardır.
Yaralanmış Azərbaycan əsgərləri hospitalda yerləşdirilmişlər.