Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Mart 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Martın 9-da saat 11:10-da və martın 10-da saat 08:55-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər rayonunun işğal olunmuş Seysulan kəndinin 1 km şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Qapanlı kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.  
Yaralananlar var.
Martın 9-da saat 12:20-dən 12:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Berkaber kəndinin 1 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndinin ərazisindəki mövqelərini, saat 13:15-dən 14:00-dək Ağdam rayonunun işğal olunmuş Şıxlar kəndinin 0.3 km cənub-şərqində və Baş Qərvənd kəndinin 1 km şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Şıxlar kəndi sahəsində yerləşən mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.