AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dekabrın 28-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişilə Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına və şəhid ailələrinin üzvlərinə dövlət və fəxri mükafatlar təqdim etmişdir.
Dekabrın 22-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində İran İslam Respublikasının Müdafiə naziri admiral Əli Şəmxaninin təntənəli qarşılanma mərasimi olmuşdur.
Dekabrın 14-də Belarus Respublikasının Müdafiə naziri general-polkovnik Leonid Malsev Azərbaycana rəsmi səfərə gəlmişdir.
Dekabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə nazirinin Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə köməkçisinin müavini cənab Ceyms Maqduqalı və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə Nazirliyinin Mətbuat Xidməti bəyan edir ki, “Yeni Müsavat”, “Üç Nöqtə” və digər kütləvi informasiya vasitələrində guya bu yaxınlarda Xəzər dənizində Rusiya-Azərbaycan birgə hərbi təlimlərinin keçiriləcəyi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 10-da Goranboy rayonunun Borsunlu kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində dekabrın 6-dan 8-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) “Qara Dəniz bölgəsində regional təhlükəsizlik” üzrə seminar, dekabrın 6-dan 10-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Çoxmillətli Maddi Texniki Təminat Mərkəzi” və “NATO əməliyyatları və təlimləri zamanı ətraf mühitin qorunmasının planlaşdırılması” üzrə kurslar keçirilir.
Dekabrın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Baş Qərargahının Maddi-Texniki Təminat rəisi general-polkovnik Cahid Sarsılmazı qəbul etmişdir.