AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Belarus Respublikasının Müdafiə naziri general-polkovnik Leonid Maltsevin dəvətilə avqustun 27-dən 28-dək Minsk şəhərində işgüzar səfərdə olmuşdur.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Belarus Müdafiə naziri general-polkovnik Leonid Maltsevin dəvətilə avqustun 27-də Minsk şəhərinə səfərə yola düşmüşdür.
Avqustun 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Çin Xalq Respublikasının Müdafiə Nazirliyi yanında Xarici Əlaqələr Dəftərxanası rəisinin müavini general-mayor Tsan Li Xuanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Avqustun 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycanda qısa müddətli səfərdə olan Müdafiə naziri cənab Donald Ramsfeldlə Heydər Əliyev adına Beynəlxalq Binə Hava Limanında görüşmüşdür.
Avqustun 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri doktor Lauri Bristounu, Gürcüstan və Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik Kristofer Nanı qəbul etmişdir.
Avqustun 9-da Müdafiə Nazirliyində Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Muhammad Əziz Xanın qarşılanma mərasimi olmuşdur.
Avqustun 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Şimal-şərqi Birləşmiş Qərargahının Komandan müavini general-mayor Henri Hans Mammeni qəbul etmişdir.
Avqustun 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Bakı bürosunun rəhbəri cənab Maurisio Pavesini qəbul etmişdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 4-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Ağdam rayonunun Şuraabad kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Avqustun 2-də saat 00:55-dən saat 01:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qazax rayonunun işğal olunmuş Aşağı Əskipara kəndinin cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin şərqində yerləşən mövqelərini avtomatlardan atəşə tutmuşlar.