Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 27 May 2004 00:01

Mayın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Konqresinin Silahlı Qüvvələr Komitəsinin sədri Kurt Ueldonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 26 May 2004 00:01

Mayın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harnişi qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 20 May 2004 00:01

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 21-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Ağdam rayonunun Yusifcanlı kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 19 May 2004 00:01

Mayın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Şantal Puareni səfirlik missiyasını başa vurması ilə əlaqədər qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 19 May 2004 00:00

Mayın 18-də saat 16:30-dan 16:50-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Vazaşen kəndinin şimal-qərbindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli kəndi sahəsində yerləşən mövqelərini pulemyotlardan və avtomatlardan ara-sıra atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 17 May 2004 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində mayın 17-dən 21-dək Oberammerqau şəhərində (Almaniya) “Sülhü dəstəkləmə əməliyyatları” üzrə kurs və mayın 18-dən 19-dək Baumholder şəhərində (Almaniya) “Kombayned Endeavor-2004” təliminin Yüksək Səviyyəli Qonaqlar Günü keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 7 May 2004 00:01

Mayın 7-də Mərkəzi Zabitlər Evində Azərbaycan Respublikasının eks-prezidenti Heydər Əliyevin anadan olmasının 81 illik yubileyinə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.

Müdafiə Nazirliyinin məlumatı 5 May 2004 00:01

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 6-da Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Tərtər rayonunun Qapanlı kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 4 May 2004 00:01

Mayın 4-də Mərkəzi Zabitlər Evində, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Respublikasının mərhum eks-prezidenti Heydər Əliyevin fərmanları ilə “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” fəxri adına və digər mükafatlara layiq görülmüş Müdafiə Nazirliyinin həqiqi hərbi xidmətdə və ehtiyatda olan hərbi qulluqçularına, şəhid ailələrinin üzvlərinə mükafatların təqdimatı mərasimi olmuşdur.