Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 May 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 4-də Mərkəzi Zabitlər Evində, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Respublikasının mərhum eks-prezidenti Heydər Əliyevin fərmanları ilə “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” fəxri adına və digər mükafatlara layiq görülmüş Müdafiə Nazirliyinin həqiqi hərbi xidmətdə və ehtiyatda olan hərbi qulluqçularına, şəhid ailələrinin üzvlərinə mükafatların təqdimatı mərasimi olmuşdur.  
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev çıxış edərək mərasim iştirakçılarını Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İ.Əliyevin adından təbrik etmişdir. O, demişdir:
“Xalqımızı və dövlətimizin başçısı cənab İlham Əliyevi əmin edirəm ki, bu gün Azərbaycan əsgəri erməni faşizmi üzərində yeni-yeni qəhrəmanlıqlar göstərməyə hazırdır”.
Sonra o, “Milli Qəhrəman” fəxri adına layiq görülən şəhid qəhrəmanlarımızın Qızıl Medallarını onların ailə üzvlərinə, Müdafiə Nazirliyinin həqiqi hərbi xidmətdə və ehtiyatda olan hərbi qulluqçularına “Vətən uğrunda”, “İgidliyə görə”, “Hərbi Xidmətlərə görə” medallarını və digər fəxri adlara layiq görülən hərbi qulluqçulara onların nişanlarını təqdim etmişdir.