AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 29-da Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlət sərhədinin Qazax rayonunun Aşağı Əskipara kəndi sahəsində monitorinq keçirilməsi planlaşdırılır.
Aprelin 20-də saat 20:20-dən 21:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Füzuli rayonunun Alxanlı kəndinin 5,7 km qərbində, işğal olunmuş sahədə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin qərbində yerləşən üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Aprelin 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının NATO Komitəsinin sədri cənab Brus Ceksonu qəbul etmişdir.
Aprelin 15-də saat 22:40-dan 01:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İcevan rayonunun Ləliguh yaşayış məntəqəsinin 2 km şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli kəndi sahəsində yerləşən mövqelərini atıcı silahlardan ara-sıra atəşə tutmuşlar.
Aprelin 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə məruzəçisi cənab Terri Devisi və Siyasi İşlər Komitəsi Katibliyinin əməkdaşı cənab Rudiger Dossovu qəbul etmişdir.
ATƏT-in hazırıkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlət sərhədinin Gədəbəy rayonunun Göyəli kəndi sahəsində monitorinq keçirilməsi planlaşdırılır.
Aprelin 10-da saat 08:00-dan 08:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gədəbəy rayonunun Başkənd aşırımı sahəsində dövlət sərhədindəki yüksəklikdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin sahədə yerləşən mövqelərini qumbaraatanlardan, minaatanlardan, pulemyot və avtomatlardan atəşə tutmuşlar.
Aprelin 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev admiral Şahid Navazın rəhbərliyilə Pakistan İslam Respublikası Milli Müdafiə Kollecinin nümayəndə heyətini qəbul etmişdir.
Aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Füzuli rayonunun işğal olunmuş Qaraxanbəyli kəndinin şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Alxanlı kəndi sahəsindəki mövqelərini qumbaraatanlardan, minaatanlardan, əl qumbaralarından, pulemyot və avtomatlardan ara-sıra atəşə tutmuşlar.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rumıniyanın Müdafiə naziri İon Mirça Paşkunun dəvətilə aprelin 1-dən 4-dək Buxarest şəhərində rəsmi səfərdə olmuşdur.