ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 29-da Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlət sərhədinin Qazax rayonunun Aşağı Əskipara kəndi sahəsində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İ.Palatinus və K.Pikles keçirəcəklər.
Ermənistan tərəfdə isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir A.Kaspşik və onun səhra köməkçiləri Y.Repa və H.Korzh keçirəcəklər.