AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində oktyabrın 1-i və 2-də Brüssel şəhərində (Belçika Krallığı) NATO Silahlı Qüvvələrinin silahlandırılmasının "Zirehli Döyüş Texnikası" üzrə 2-ci işçi qrupunun ekspertləri ilə görüş, oktyabrın 2-dən 4-dək Haaqa şəhərində (Hollandiya) Adoptasiya edilmiş Avropada Adi Silahlı Qüvvələr Haqqında Müqavilə haqqında məlumat mübadiləsinə dair seminar və oktyabrın 2-dən 18-dək Lvov şəhərində (Ukrayna) "Kooperativ Advençur Eksçeync - 02" təlimləri keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində sentyabrın 30-dan oktyabrın 11-dək Brüssel və Mons şəhərlərində (Belçika Krallığı) NATO-SNT sahəsində çalışan zabitlər üçün SNT proqramı və Tərəfdaşlığın koordinasiyası qrupu ilə tanışlıq kursu keçiriləcəkdir.
Sentyabrın 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun həmsədrləri Rudolf Perina (Amerika Birləşmiş Ştatları), Nikolay Qribkov (Rusiya Federasiyası) və Yuq Perneni (Fransa Respublikası) qəbul etmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstan Respublikasının Müdafiə naziri cənab Nikolay Svinarovun dəvətilə sentyabrın 25-də Sofiya şəhərinə rəsmi səfərə gəlmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstan Respublikasının Müdafiə naziri Nikolay Svinarovun dəvətilə sentyabrın 25-də Sofiya şəhərinə rəsmi səfərə yola düşmüşdür.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində sentyabrın 25-dən 27-dək Bakı şəhərində NATO-nun Standartlaşdırma Agentliyinin ekspert qrupunun Azərbaycanın Müdafiə Nazirliyinin mütəxəssis zabitləri ilə işçi görüşü keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində sentyabrın 23-dən 25-dək Lütsern şəhərində (İsveçrə) "Çoxmillətli qüvvələrdə hüquqi qarşılıqlı fəaliyyətə doğru" mövzusunda seminar, sentyabrın 24-dən 27-dək Spiz şəhərində (İsveçrə) Kimyəvi silahlar üzrə SNT-nin işçi görüşü və sentyabrın 24-dən 28-dək Ayseviça şəhərində (Sloveniya Respublikası) Qərargah zabitləri üçün ingilis dilinin hərbi terminologiyası üzrə kurs keçirilir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 24-də Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Sentyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Maddi-Texniki Təminat İdarəsinin rəisi general-leytenant Saffet Kayanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində sentyabrın 22-dən 27-dək Noqinsk şəhərində (Rusiya Federasiyası) "Boqorodsk - 2002" beynəlxalq təlimləri, Pınarhisar-Qırxlareli ərazisində (Türkiyə Respublikası) "Mehmetcik — 2002" təlimləri, sentyabrın 22-dən oktyabrın 4-dək Saynt Diziyer şəhərində (Fransa Respublikası) "Kooperativ Key — 2002" çoxmillətli təlimləri keçiriləcəkdir.