AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstan Respublikasının Müdafiə naziri Nikolay Svinarovun dəvətilə sentyabrın 25-də Sofiya şəhərinə rəsmi səfərə yola düşmüşdür.
Səfər zamanı "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Bolqarıstan Respublikası Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanacaqdır.
Səfər sentyabrın 27-də başa çatacaqdır.