Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Sentyabr 2002 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində sentyabrın  22-dən 27-dək Noqinsk şəhərində (Rusiya Federasiyası) "Boqorodsk - 2002" beynəlxalq təlimləri, Pınarhisar-Qırxlareli ərazisində (Türkiyə Respublikası) "Mehmetcik — 2002" təlimləri, sentyabrın 22-dən oktyabrın 4-dək Saynt Diziyer şəhərində (Fransa Respublikası) "Kooperativ Key — 2002" çoxmillətli təlimləri keçiriləcəkdir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.