AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün noyabrın 20-də Moskva şəhərinə yola düşmüşdür.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 21-də Tovuz rayonunun Azərbaycan-Ermənistan sərhədindəki Əlibəyli, daha sonra Ağdam kəndləri yaxınlığında, qoşunlarm təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Noyabrın 12-də Bakıda keçirilən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində çoxmillətli, sülhməramlı komanda-qərargah “Kooperativ Determineyşn – 2001” təlimlərində mətbuat günü keçirilmişdir.
Noyabrın 8-də “Gülüstan” sarayında NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində çoxmillətli, sülhməramlı komanda-qərargah “Kooperativ Determineyşn – 2001” təlimlərinin rəsmi açılış mərasimi olmuşdur.
Noyabrın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Avropadakı Cənub-Şərq Birləşmiş Qərargahının Komandanı ordu generalı Oktar Atamanı qəbul etmişdir.
Noyabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun həmsədrləri Filipp de Süyermeni (Fransa), Nikolay Qribkovu (Rusiya Federasiyası) və Rudolf Perinanı (ABŞ) qəbul etmişdir.
Noyabrın 5-dən 16-dək Bakı şəhərində “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində NATO üzvü və tərəfdaş dövlətlərin iştirakı ilə “Kooperativ Determineyşn – 2001” çoxmillətli, sülhməramlı kompüter komanda qərargah təlimləri keçiriləcək.