ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 21-də Tovuz rayonunun Azərbaycan-Ermənistan sərhədindəki Əlibəyli, daha sonra Ağdam kəndləri yaxınlığında, qoşunlarm təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi A.Kaspşik və onun səhra köməkçisi Z.Feç keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri polkovnik-leytenant A.Xerdiç, F.Rossu və Y.Şarov keçirəcəklər.