Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 29 Aprel 2001 00:00

Aprelin 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Maddi-Texniki Təminat rəisi general-polkovnik Hurşit Tolonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 26 Aprel 2001 00:00

Aprelin 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Baş katibinin müavini, Müdafiə Planlaşdırma və Əməliyyatlar Departamentinin rəisi doktor Edqar Bakleyi qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 20 Aprel 2001 00:00

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 21-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Ağdam rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 18 Aprel 2001 00:01

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təbliği, təkmilləşməkdə olan ordumuzun nailiyyətlərinin daha obyektiv işıqlandırılması və gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində apardığı əhəmiyyətli fəaliyyətinə görə aşağıda adları çəkilən Kütləvi İnformasiya Vasitələri əməkdaşlarını Fəxri Fərmanla və hədiyyələrlə təltif etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 18 Aprel 2001 00:00

Aprelin 17-də Ermənistan silahlı qüvvələrinin bölmələri saat 14:40-dan 16:30-dək Berd rayonunun Çoratan yaşayış məntəqəsi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi sahəsindəki mövqelarini atıcı silahlardan vaxtaşırı atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 14 Aprel 2001 00:00

Aprelin 16-dan 22-dək Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində hərbi beşnövçülük üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birinciliyi keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 6 Aprel 2001 00:00

Aprelin 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Tetsuya Xirose, Rusiya Federasiyası və Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik Koki Araseni qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 4 Aprel 2001 00:00

Aprelin 3-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 13:20-dən 13:40-dək Krasnoselk rayonunun ərazisindəki Sarıyal dağının cənubunda yerləşən yüksəkliklərdəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun ərazisindəki Qazılxanyal dağındakı və Başkənd aşırımındakı mövqelərini;- saat 22:48-dən 23:00-dək isə Goranboy rayonunun işğal olunmuş Talış kəndinin 8 km.