Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 14 Aprel 2000 00:00

Aprelin 13-də saat 12:10-dan 12:25-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər rayonunun işğal olunmuş Talış kəndi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Borsunlu kəndi; saat 22:40-dan 23:20-dək isə Krasnoselsk rayonundakı Sarıyel yüksəkliyində yerləşən mövqelərindən Silahlı Qüvvələrimizin Gədəbəy rayonunun Çəmbərək aşırımı sahəsindəki mövqelərini atıcı silahlardan ara-sıra atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 13 Aprel 2000 00:00

Aprelin 12-də saat 19:00-dan 19:35-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Murov dağın işğal olunmuş sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonu Gülüstan yaşayış məntəqəsi sahəsində yerləşən mövqelərini atıcı silahlardan ara-sıra atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 7 Aprel 2000 00:00

Aprelin 6-da saat 19:00-dan 19:20-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Krasnoselsk rayonu ərazisində yerləşən yüksəkliklərdəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun Sümüklü və Ocaqtəpə dağları sahəsindəki mövqelərini iriçaplı pulemyotlardan ara-sıra atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 5 Aprel 2000 00:00

Aprelin 5-də Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında hərbi təhsil sahəsində Protokol imzalanmışdır.

Müdafiə Nazirliyinin məlumatı 4 Aprel 2000 00:00

Aprelin 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunlarının Təlim və Doktrina komandanı general-polkovnik H.Baha Tüzünərin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 3 Aprel 2000 00:00

Aprelin 3-də Bakı şəhərində NATO-nun “Sülh Naminə Tərfədaşlıq” proqramı çərçivəsində NATO üzvü və tərəfdaş dövlətlər üçün “Fövqəladə vəziyyətlərdə mülki xidmətlərin istifadəsinin planlaşdırılması və hərbi-mülki əməkdaşlıq üzrə” regional kurslar işə başlamışdır.

Müdafiə Nazirliyinin məlumatı 1 Aprel 2000 00:00

Aprelin 3-dən 7-dək Bakıda Fövqəladə vəziyyətlərdə mülki xidmətlərin istifadəsinin planlaşdırılması və hərbi-mülki əməkdaşlıq üzrə regional kurslar keçiriləcək.