Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Aprel 2000 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 3-dən 7-dək Bakıda Fövqəladə vəziyyətlərdə mülki xidmətlərin istifadəsinin planlaşdırılması və hərbi-mülki əməkdaşlıq üzrə regional kurslar keçiriləcək.
Kurslar NATO Qarargah-mənzilinin fövqəladə vəziyyətlərdə mülki xidmətlərin istifadəsinin planlaşdırılması İdarəsi, NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələri Ali Baş Komandanlığı qərargahının hərbi-mülki əməkdaşlıq şöbəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birlikdə keçiriləcəkdir.
Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi və digər mülki nazirliklərin, həmçinin NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramında iştirak edən dövlətlərin 60-dan çox nümayəndəsinin iştirakı gözlənilir. Bu tərəfdaş ölkələrdə keçirilən 9-cu kurslardır.
Kursların məqsədi iştirakçıları NATO-nun Strateji Konsepsiyası  çərçivəsində fövqəladə vəziyyətlərdə mülki xidmətlərin istifadəsinin  planlaşdırılmasının təşkili, rolu və funksiyaları, hərbi-mülki əməkdaşlığın əsas prinsipləri ilə tanış etmək, eləcə də Qafqaz regionu ölkələri və onların qonşuları haqqında mövcud olan informasiya üzrə fikir mübadiləsi aparmaqdır.
Tədbirin açılış mərasimi aprelin 3-də saat 9:00-da “Avropa” otelində olacaqdır.