Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Aprel 2000 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 5-də Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında hərbi təhsil sahəsində Protokol imzalanmışdır. Sənədi Azərbaycan Respublikası tərəfdən Azərbaycan Respublikası Müdafiə nazirinin Hərbi Təhsil və Kadrlar üzrə müavini polkovnik Məmməd Beydullayev və Türkiyə Respublikası tərəfdən Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunlarının Təlim və Doktrina komandanı general-polkovnik H.Baha Tüzünər imzalamışlar.
Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Sadıq Ercan və digər şəxslər iştirak etmişlər.