AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Aprelin 12-də saat 19:00-dan 19:35-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Murov dağın işğal olunmuş sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonu Gülüstan yaşayış məntəqəsi sahəsində yerləşən mövqelərini atıcı silahlardan ara-sıra atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.