Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Aprel 2000 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 3-də Bakı şəhərində NATO-nun “Sülh Naminə Tərfədaşlıq” proqramı çərçivəsində NATO üzvü və tərəfdaş dövlətlər üçün “Fövqəladə vəziyyətlərdə mülki xidmətlərin istifadəsinin planlaşdırılması və hərbi-mülki əməkdaşlıq üzrə” regional kurslar işə başlamışdır. Kursları Azərbaycan Respublikası Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əlaqələr İdarəsinin rəisi polkovnik Tofiq Salmanov giriş sözü ilə açmışdır.
Sonra NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələri Ali Baş  Komandanlığı qərargahının nümayəndəsi cənab Rainer Röpke çıxış etmişdir.
Kurslarda Azərbaycan Respublikası, Avstriya, Belçika Krallığı, Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Türkiyə Respublikası, Gürcüstan, Hollandiya, Kanada, Norveç, Ukrayna və digər dövlətlərin nümayəndələri iştirak edirlər.
Kurslar aprelin 7-dək davam edəcəkdir.