Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Aprel 2000 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunlarının Təlim və Doktrina komandanı general-polkovnik H.Baha Tüzünərin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları səmimi salamladıqdan sonra Azərbaycan və Türkiyə respublikalarını bir-birinə bağlayan tarixi tellərin qırılmaz olduğunu, hərtərəfli, o cümlədən ordu quruculuğu sahəsində qarşılıqlı inteqrasiya prosesinin uğurla getdiyini qeyd etmişdir.
Qəbul üçün Azərbaycan Müdafiə nazirinə təşəkkür edən general-polkovnik H.Baha Tüzünər Azərbaycanın rifahı naminə Türkiyənin ona hərtərəfli  yardım göstərdiyini və bundan sonra da bu yardımı davam etdirəcəyini bildirmişdir. Qonaq Azərbaycanda gördüklərindən məmnun olduğunu söyləmişdir.
Tərəflər ordu quruculuğu və təhsil sahəsində mövcud olan problemlərə toxunmuşlar.
Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Sadıq Ercan və Azərbaycan Respublikası Müdafiə Nazirinin Hərbi Təhsil və Kadrlar üzrə müavini polkovnik Məmməd Beydullayev iştirak etmişlər.