AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avqustun 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Beynəlxalq Əlaqələr Komitəsinin Asiya və Sakit Okean dövlətləri üzrə yarımkomitəsinin direktoru cənab Maykl Ennisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan şəhərində rəsmi səfərdə olmuşdur.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mülki Müdafiə alayının 25 nəfərdən ibarət xilasedici dəstəsi avqustun 17-dən 28-dək qardaş Türkiyə Respublikasında baş vermiş təbii fəlakət-güclü zəlzələnin nəticələrini aradan qaldırmaq məqsədilə fəlakət zonasında olmuşdur.
Avqustun 25-dən 26-na keçən gecə saat 23:45-dən 00:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Armaş rayonunun Ucubis yüksəkliyindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR Sədərək rayonunun Əjdəkan yüksəkliyində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 25-də MDB dövlətləri Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Həştərxan şəhərinə yola düşmüşdür.
Türkiyədə baş vermiş təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədi ilə Müdafiə Nazirliyi Mülki Müdafiə alayının 25 nəfərdən ibarət xilasedici dəstəsi Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin göstərişi və Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin əmri ilə avqustun 17-də fəlakət bölgəsinə gəlmişdir.
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində müxtəlif idman növləri üzrə hərbçilərin II Ümumdünya Olimpiadası keçirilmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 4-dən 7-dək Ukraynada rəsmi səfərdə olmuşdur.