Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

“Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının təntənəli bağlanış mərasimi keçirilib 12 Avqust 2018 12:49

Moskva şəhərinin yaxınlığında Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının təntənəli bağlanış mərasimi keçirilib.

“Dəniz kuboku-2018” beynəlxalq müsabiqəsində iştirak etmiş xarici dövlətlərin hərbi gəmiləri Bakı limanını tərk edib 12 Avqust 2018 12:21

“Dəniz kuboku-2018” beynəlxalq müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin “Cövşən”, “Peykan” raket katerləri, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” və “Mahaçkala” kiçik artilleriya gəmiləri, eləcə də “SB-45” xilasetmə yedək gəmisi və Qazaxıstan Respublikası Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi avqustun 12-də Bakı limanını tərk edib.

Bu gün hərbi hissələrdə “Açıq qapı” günü və andiçmə mərasimi keçirilir 12 Avqust 2018 09:57

General-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, bu gün bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilir.

Müdafiə Nazirliyinin nümayəndələri yaradıcılıq müsabiqəsinin mükafatına layiq görülüb 11 Avqust 2018 16:16

“Beynəlxalq Ordu Oyunları-2018” yarışları çərçivəsində keçirilən yaradıcılıq müsabiqələrində fəal iştiraka görə Müdafiə Nazirliyinin nümayəndələri Mustafazadə Xəyyam Xəqani oğlu və Vəliyev Anar Yaqub oğlu Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən “Təşəkkür” və “Fərman” ilə mükafatlandırılıb.

Gəncənin tarixi abidələri ilə tanışlıq ön xətdə xidmət edən əsgərlərin marağına səbəb olub 11 Avqust 2018 16:08

Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin təşkilatçılığı ilə “N” nömrəli hərbi hissənin əsgərlərinin Gəncə şəhərinə ekskursiyası təşkil edilib.

"Azərbaycan Ordusu" qəzeti 11 avqust 2018-ci il №61 (2277) 11 Avqust 2018 09:53

“Vətəndaşlıq borcumu yerinə yetirirəm”"Vətən üçün hər birimiz bir əsgərik" devizi ilə keçirilən kütləvi vətənpərvərlik tədbirlərini xatırlayırıq.

“Dəniz Kuboku” müsabiqəsinin bağlanışına həsr olunmuş təntənəli mərasim keçirilib – VİDEO 10 Avqust 2018 18:23

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları 2018” çərçivəsində “Dəniz Kuboku” müsabiqəsinin bağlanışına həsr olunmuş təntənəli mərasim keçirilib.

“Dəniz kuboku-2018” müsabiqəsində hava hədəflərinə artilleriya atışları yerinə yetirilib – VİDEO 9 Avqust 2018 17:54

“Dəniz kuboku-2018” müsabiqəsinin son mərhələsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi gəmilərinin ekipajları hava hədəflərinə artilleriya atışları yerinə yetiriblər.

“Snayper həddi” müsabiqəsinin bağlanış mərasimi keçirilib 9 Avqust 2018 16:09

“Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində Belarusun Brest təlim poliqonunda keçirilən “Snayper həddi” müsabiqəsinin təltifetmə və bağlanış mərasimi keçirilib.

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi keçirilib 9 Avqust 2018 13:08

“Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında “Artilleriya atəşinin ustaları” müsabiqəsinin təltifetmə və bağlanış mərasimi keçirilib.