Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Avqust 2018 16:08

Gəncənin tarixi abidələri ilə tanışlıq ön xətdə xidmət edən əsgərlərin marağına səbəb olub

Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin təşkilatçılığı ilə “N” nömrəli hərbi hissənin əsgərlərinin Gəncə şəhərinə ekskursiyası təşkil edilib.
Ekskursiya çərçivəsində hərbi qulluqçular “Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi”, “Nizami məqbərəsi”, “Nizami Muzeyi”, Məhsəti Mərkəzi” və “Gəncə Tarix Diyarşünaslıq Muzeyi” ilə yaxından tanış olublar.
Əsgərlərə Gəncə şəhərinin tarixi, ziyarət etdikləri muzeylərin ekspozisiya zalında qorunan eksponatlar, Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərləri haqqında ətraflı məlumatlar verilib.