Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

“Dəniz kuboku-2018” müsabiqəsinin ikinci mərhələsi icra olunub - VİDEO 3 Avqust 2018 14:07

“Dəniz kuboku-2018” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri “Gəminin davamlılığı uğrunda mübarizə” üzrə yarışda “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” epizodunu yerinə yetiriblər.

Türkiyəli hərbi qulluqçular ailə üzvləri ilə birlikdə Azərbaycanda səfərdədir 3 Avqust 2018 12:12

Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı razılığa əsasən qardaş ölkənin bir qrup hərbi qulluqçusu və onların ailə üzvləri ölkəmizdə səfərə gəlib.

“Snayper həddi” müsabiqəsinin epizodları icra olunur - VİDEO 2 Avqust 2018 19:37

Belarusun Brest təlim poliqonunda keçirilən “Snayper həddi” müsabiqəsində müxtəlif epizodlar icra olunur.

“Səhra mətbəxi” müsabiqəsinə start verilib - VİDEO 2 Avqust 2018 19:31

“Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsinə start verilib.

“Dəniz kuboku-2018” müsabiqəsinin ilk epizodu yerinə yetirilib - VİDEO 2 Avqust 2018 13:23

“Dəniz kuboku-2018” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarış çərçivəsində müəyyən olunmuş birinci mərhələnin ilk epizodunu yerinə yetiriblər.

Monitorinq insidentsiz başa çatıb 2 Avqust 2018 12:48

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 2-də Füzuli rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

“Artilleriya atəşinin ustaları” müsabiqəsinə start verilib - VİDEO 2 Avqust 2018 11:23

Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında plana uyğun olaraq mərhələlər üzrə keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinə start verilib.

Müdafiə naziri cəbhəboyu zonada yerləşən bölmələrin qışa hazırlığını yoxlayıb - VİDEO 2 Avqust 2018 09:30

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində yerləşən bölmələrdə olublar.

Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib - VİDEO 1 Avqust 2018 18:00

Avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub.

Azərbaycan hərbçiləri “Artilleriya atəşinin ustaları” müsabiqəsinin açılış mərasimində iştirak ediblər - VİDEO 1 Avqust 2018 17:33

Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinin təntənəli açılış mərasimində iştirak ediblər.