Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Avqust 2018 16:16

Müdafiə Nazirliyinin nümayəndələri yaradıcılıq müsabiqəsinin mükafatına layiq görülüb

“Beynəlxalq Ordu Oyunları-2018” yarışları çərçivəsində keçirilən yaradıcılıq müsabiqələrində fəal iştiraka görə Müdafiə Nazirliyinin nümayəndələri Mustafazadə Xəyyam Xəqani oğlu və Vəliyev Anar Yaqub oğlu Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən “Təşəkkür” və “Fərman” ilə mükafatlandırılıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solisti X.Mustafazadə iştirakçı komandalar arasında rus dilində vokal əsərinin ən yaxşı ifaçısı adını qazanaraq müsabiqədə birinci yerə layiq görülüb.