Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Birgə təlimdə iştirak edəcək Türkiyəli hərbçilər paytaxtımızın görməli yerlərində olublar - VİDEO 23 Aprel 2019 14:20

“Mustafa Kamal Atatürk – 2019” Azərbaycan-Türkiyə birgə taktiki təlimində iştirak etmək üçün ölkəmizə gələn Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti üçün apelin 23-də mədəni proqram təşkil olunub.

“Güclü dövlətin güclü ordusu olmalıdır” adlı sərgi-müsabiqəsi keçirilir 23 Aprel 2019 14:05

Azərbaycan Ordusunun güc və qüdrətinin təbliği, Vətənə məhəbbətin tərənnümü, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, istedadlı uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılması və dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunan "Güclü dövlətin güclü ordusu olmalıdır" adlı respublika uşaq incəsənət məktəblərinin şagirdləri arasında plakat üslublu əsərlərdən ibarət sərgi-müsabiqə keçirilir.

Qar uçqununa düşən hərbi qulluqçularımızın nəşi tapılıb 23 Aprel 2019 13:56

Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində mart ayının əvvəlində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlunun nəşi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Müdafiə naziri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb 22 Aprel 2019 18:56

Aprelin 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.

Sovet İttifaqı Qəhrəmanı, qvardiya mayoru Müseyib Allahverdiyevin 110 illiyi qeyd edilib 22 Aprel 2019 18:45

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bu gün Ağstafa rayonunda azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarından olan tabor komandiri, qvardiya mayoru Müseyib Abdulla oğlu Allahverdiyevin anadan olmasının 110 illiyi münasibəti ilə tədbirlər keçirilib.

Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi Azərbaycan Ordusunda da silsilə tədbirlərlə qeyd edilir 22 Aprel 2019 16:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində də silsilə tədbirlər həyata keçirilir.

Hərbi pilotlarımız “Super Muşşak”, L-39 təyyarələri və "Mi" seriyalı helikopterlərdə təlim-məşq uçuşlarına başlayıb - VİDEO 22 Aprel 2019 12:36

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotlarının peşəkarlığının yüksəldilməsi məqsədilə intensiv məşqlər davam edir.

Ölkəmizdə Azərbaycan-Türkiyə birgə hərbi təlimi keçiriləcək - VİDEO 22 Aprel 2019 11:33

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 3-dək ölkəmizdə “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək 22 Aprel 2019 10:08

Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 23-dən 25-dək Moskva şəhərində keçiriləcək VIII Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək.

Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib 21 Aprel 2019 12:33

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2019-cu ilin 1-ci rübünün yekunlarına dair Bakı Qarnizonunda döyüş hazırlığının, hərbi nizam-intizamın vəziyyətinin təhlilinə həsr olunmuş müşavirə keçirilib.