Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

“Vətənə xidmətinə görə sağ ol” adlı təntənəli yolasalma mərasimi keçirilib 16 Aprel 2019 18:25

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət müddəti başa çatmış bir qrup hərbi qulluqçunun ehtiyata buraxılması ilə əlaqədar “Vətənə xidmətinə görə sağ ol” adlı təntənəli yolasalma mərasimi keçirilib.

Məhkəmə nümayəndələri hərbi hissələrdə görüşlər keçiriblər 16 Aprel 2019 18:04

Müdafiə Nazirliyinin 2019-cu il üçün tədbirlər planına əsasən Füzuli Hərbi Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsinin nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hissələrdə görüşlər keçiriblər.

Ankara şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan kursantları arasında idman yarışlarına start verilib 16 Aprel 2019 16:46

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşünün protokoluna əsasən, aprelin 16-da Ankara şəhərində hər üç ölkənin hərbi məktəbləri arasında dostluq idman yarışlarına start verilib.

Müdafiə naziri: “Dağlıq Qarabağ münaqişəsinə yanaşmada ikili standartlara yol verilir” 16 Aprel 2019 15:52

Aprelin 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer ilə görüşüb.

Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək 16 Aprel 2019 15:08

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 17-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Hərbi dənizçilərlə Hərbi Prokurorluq nümayəndələrinin görüşü keçirilib 15 Aprel 2019 13:42

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan 2019-cu il üçün birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrində görüş keçirilib.

“Ən yaxşı hərbi aşpaz” adı uğrunda yarış keçirilib - VİDEO 15 Aprel 2019 12:49

Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin 2019-cu il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində çalışan hərbi aşpazların nəzəri bilik və praktiki bacarıq səviyyələrini yoxlamaq üçün “Ən yaxşı hərbi aşpaz” adı uğrunda yarış keçirilib.

Bütün ixtisaslar üzrə kursantların intensiv hazırlığı davam edir - VİDEO 13 Aprel 2019 14:44

“Qaraheybət” təlim mərkəzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin kursantlarının bütün ixtisaslar üzrə intensiv hazırlığı davam edir.

"Azərbaycan Ordusu" qəzeti 13 aprel 2019-cu il №28 (2345) 13 Aprel 2019 10:34

Bu yol Qələbə yoludurÖn xətdə yerləşən "N" hərbi hissəsinin bir bölməsinə, Vətənimizin və xalqımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlıq yolunu davam etdirən hərbi qulluqçularımızla görüşə gəlmişik.

Kursantlar atış çalışmalarını yerinə yetirir - VİDEO 12 Aprel 2019 18:53

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin (AAHM) tədris planı və proqramına uyğun olaraq “Qaraheybət” təlim mərkəzində kursantların intensiv hazırlığı həyata keçirilir.