Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Dekabr 2019 10:37

"Azərbaycan Ordusu" qəzeti №98 (2415)

Ən gözəl şeiriniz Cıdır düzünün çiçəkləri olacaq!

Dan yeri söküləndən göz küsdürən yel əsir. Yarpaq tökümümü ləngiyib, qışmı tələsir, hər nədirsə, nə payız kimi payızdı, nə qış kimi qış; hərdən əsən, hərdən kəsən yellər budaqlardan yarpaq salır. Əsə-əsə çılğınlaşan yel budaqdan saldığı yarpağı düşdüyü yerdə toxdamamış tərpədir, gah ağacın gövdəsinə çırpır, gah da naməlumluğa tərəf uzaqlaşdırır. Belə görüntülərin kövrəkliyindən keçib əsgərlərimizin əhatəsinə tələsirəm...davamı




“Torpaqlarımız bizi gözləyir”

Dünyada elə peşələr var ki, onları peşə adlandırmağa insanın dili gəlmir. Hərbçi peşəsi də məhz bu qəbildəndir. Hərbçi adının ali mərtəbəyə yüksəlməsi özünü bu peşəyə qəlbi ilə həsr etmiş insanların böyük zəhmətinin nəticəsidir. Ömür dediyin cəmiyyətə bəxş olunan ziya və sevincin qədəridir. Yaşanılan ömür yollarında hərbçi ömrünün, hərbçi taleyinin öz yeri var. Bu peşə daha çox ilahi istedad, təşkilatçılıq qabiliyyəti, tabeliyində olan hərbi qulluqçuların ürəyinə yol tapmaq bacarığı, xeyirxahlıq, Vətənə və xalqa xidmət, vəzifə borcuna sadiqlik tələb edir...davamı




Ulu öndər Heydər Əliyevin əziz xatirəsi qəlblərdə daim yaşayacaq

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, dekabrın 12-də Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmələr, xüsusi təyinatlı təhsil müəssisələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə bir sıra tədbirlər keçirilib...davamı




Şagirdlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oldular

Ümummilli lider Heydər ƏLİYEV: Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır...davamı




Sabahın zabitləri

Müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tarixdə dərin iz qoymuş dahi şəxsiyyətdir. Azərbaycanlı olmağı ilə daim öyünüb fəxr edən Ulu Öndər bütün şərəfli ömrünü xalqın rifahına, Azərbaycanı qurub yaratmağa və müstəqil ölkəsini dünyada tanıtmağa sərf etdi. Bu gün böyük inam və qətiyyətlə deyə bilərik ki, müasir Azərbaycan tarixinin ən parlaq, ən işıqlı və ən möhtəşəm səhifələri ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır...davamı




“Fiziki hazırlığımız yüksək səviyyədədir”

Ön xətdə yerləşən bölmələrdən birində şəxsi heyətin fiziki hazırlıq məşğələsinin şahidi olduq.
İlk həmsöhbətim məşğələ rəhbəri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Allahverdi Allahverdiyev bildirdi ki, əsgərlərin gündəlik fəaliyyəti günün nizam qaydasına uyğun olaraq həyata keçirilir və bu prosesə ciddi nəzarət edilir. Allahverdi ilə idman şəhərciyi boyunca gəzib şəxsi heyət üçün yaradılan şəraitlə tanış olduq...davamı




"Azərbaycan Ordusu" qəzetinin tam variantı