Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 2019 10:12

"Azərbaycan Ordusu" qəzeti №90 (2407)

“O yollar qələbə yolu olacaq!”

Payıza qızılı payız deyirlər...

Qızılı payızın son ayıdı...

Bütün məmləkət boyunca könüllər 2016-cı ilin yaz ovqatına niyyətlidi. Orduya güvənənlər  inanır ki, bu gözəl niyyəti Ali Baş Komandanın əmriylə yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan Azərbaycan əsgəri tarixi vəzifə olaraq gerçəkləşdirəcək.  Bu payız səhərində də başlanğıcı müqəddəslik olan bu inamın işığında aydınlığıyla  görünür ki, Azərbaycan əsgəri Vətənin  arzuladığı kimi xidmət edir, aydınlığıyla duyulur ki, Azərbaycan əsgəri gözəl düşünür...davamı



Vətən ruhumuzun başlanğıcıdır

İnsan dünyaya gəldiyi gündən daxili zənginliyə can atır. Eyni zamanda insan dünyanın məhz onun iradəsinin, əqlinin, fiziki gücünün sayəsində qurulacağını düşünür. Ancaq fikirləşmir ki, daxili zənginliyə nail olmağın yolu vətənpərvərlik duyğusundan keçir. İnsan ömrünün pillələri var ki, o, bu pillələrlə vətənpərvərlikdən ilham alaraq öz istəyinə, arzusuna, məqsədinə doğru addım atır. Xoşbəxt o adamdır ki, atdığı addımların hamısı uğurlu olur və bu uğur, bu səadət onu zirvələrə yüksəldir, bir ocağın övladlığından çıxarıb, bir elin sevimlisinə çevirir...davamı



“Jurnalistlərin konfliktlərdə və risklərdə davranma təlimləri” başa çatdı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tərəfdaşlığı ilə "Dinc Dünya" Araşdırma Mərkəzinin təsis etdiyi "Konflikt jurnalistikası məktəbi" adlı birgə layihənin başa çatması ilə bağlı Hərb Tarixi Muzeyində tədbir keçirildi. Tədbirdə Müdafiə Nazirliyinin zabitləri, ictimaiyyət nümayəndələri və  Bakı Dövlət Universitetinin nümayəndəsi iştirak etdilər...davamı



Asudə vaxt səmərəli təşkil olunur

Cəbhə bölgəsində müasir tipli hərbi şəhərciklərin tikilməsi, şəxsi heyətin hərtərəfli təminatı dövlətin orduya yüksək diqqət və qayğısının təzahürüdür. Son illərdə hərbi qulluqçuların xidmət şəraitinin daha da yüksəldilməsi istiqamətində genişmiqyaslı işlərin görülməsi ordu quruculuğunda mühüm nailiyyətlər hesab edilir...davamı



“Hər əsgəri oğlum bilirəm”

Şəxsi heyətin sağlam mənəvi-psixoloji durumu və döyüş  ruhu qələbəni təmin edən ən başlıca amillərdəndir. Azərbaycan əsgərinə göstərilən diqqət və qayğı, yaradılan yüksək məişət şəraiti onların  xidmətlərinin uğurla keçməsi üçün zəmin yaradır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı hər an əsgərlərin üzərindədir.  Bu qayğının nəticəsidir ki, əsgərlərin məişət şəraiti yüksək səviyyəyə çatdırılır. Hərbi hissələrimizdə yeni yeməkxanalar, yataqxanalar, hamam və camaşırxanalar şəxsi heyətin istifadəsinə verilir...davamı



Vətənsevərlik

Böyük tarixi şəxsiyyət Heydər Əliyev qürurla deyirdi: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!". Bu kəlamla qürurlananların, bu kəlamı yaşadanların hamısı Ümummilli Liderimizin ideoloji əsgəri olub. İndi də belədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir müstəqil Azərbaycanımızın dövlətçilik memarının azərbaycançılıq ideologiyasını da uğurla davam etdirir; azərbaycançılıq ideologiyası cəmiyyətin bütün sahələrini, eləcə də  ordu quruculuğunu əhatələyir...davamı



Daha güclü, daha çevik

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində olduğumuz zaman fiziki hazırlıq məşğələsi keçən əsgərlər diqqəmi cəlb etdilər. Müxtəlif qurğularda normativləri yerinə yetirən əsgərlərin cəld və çevik hərəkətləri mənə çox xoş gəldi. Əsgərlər elə gözəl, elə peşəkar hərəkətlər edirdilər ki, özümü hansısa maraqlı bir idman yarışını izləyən kimi hiss edirdim. Onların qurğulardakı müxtəlif hərəkətlərindən, yüksək fiziki hazırlığa malik olduqlarını seyr etməkdən zövq aldım...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı