Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Yanvar 2019 11:30

"Azərbaycan Ordusu" qəzeti 9 yanvar 2019-cu il №2 (2319)

Bu həsrətin son nəfəsi - Qələbə!..

Ön xətdə, döyüş növbətçiliyi aparan əsgərlərin döyüş ruhunu görürsən, qələbə əzmini görürsən, mənəvi-psixoloji hazırlığını görürsən, bir daha əmin olursan ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir; əsgərlərin əhatəsində ruhun da əsgərləşir...davamı








Heydər Əliyev irsi və azərbaycançılıq ideologiyası

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının ulu öndəri, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycan Ordusunun formalaşması Heydər Əliyevin dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin əvəzsiz dəyəri ondadır ki, bu dəyər başlanğıcını hələ Sovetlər dövründən götürüb...davamı








“Ordumuzun inkişafına xidmət etmək borcumuzdur”

Baş leytenant Fuad Əliyev şəxsi heyətimizin formalaşmasında yaxından iştirak edən gənc zabitlərimizdəndir. 1986-cı ildə Sumqayıt şəhərində anadan olan gənc zabit Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmaqla arzusunu həyata keçirib və təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində başa çatdırıb...davamı








“Çalışıram ki, dərslərimiz həm səmərəli, həm də maraqlı olsun”

Ordumuzda mənəvi-psixoloji hazırlıq işi daim diqqət mərkəzində saxlanılır. Şəxsi heyət ilə xalqımızın tarixi qəhrəmanlıqlarının, İkinci Dünya müharibəsində qəhrəman oğullarımızın, Dağlıq Qarabağ münaqişəsində igidlik göstərmiş Milli qəhrəmanlarımızın, Ümummilli Liderimizin həyat və fəaliyyətlərinin öyrənilməsinə dair tədbirlər keçirilir...davamı








“Nizam-intizam sıradan başlanır”

Bu gün hərbi xidmət keçən gənclərə bölmələrdə yüksək təlim keçirildiyi hamıya bəllidir. Gənclər xidmətə gəldiyi gündən nizamnamə ilə təyin olunmuş fəaliyyətlə məşğul olurlar. Keçirilən məşğələlər gənclərin nizam-intizamlı, silahlardan istifadə etməyi bacaran, bir sözlə, yüksək döyüş hazırlıqlı  əsgərlər kimi formalaşmasında mühüm rol oynayır. Danılmaz faktdır ki, döyüş hazırlığı təkcə silahdan istifadə etməyi bacarmaq deyil. Bununla yanaşı, əsgərin fiziki hazırlığı, nizam-intizamı, döyüş ruhu da yüksək olmalıdır...davamı








Brilyantla bəzədilmiş qızıl Georgi silahını alan ilk azərbaycanlı sərkərdə

1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində əldə etdiyi çox mühüm uğurlardan biri, heç şübhəsiz ki, qısa müddət ərzində döyüşkən bir ordunun yaradılması oldu. Belə bir ordunun yaradılması yalnız müstəqil dövlət quruculuğu baxımından deyil, həm də konkret tarixi şəraitdə Azərbaycanın ərazi bütövlüyünə və mövcudluğuna qarşı istiqamətlənmiş real təhlükələrin qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edirdi. Cümhuriyyət Ordusunun çox qısa bir zamanda güclü və döyüş qabiliyyətli orduya çevrilməsində Hərbi nazir tam artilleriya generalı Səməd bəy Mehmandarovun əməyi danılmazdır...davamı








“Həmin döyüşlərdə düşmənə güclü zərbə endirdik”

Uğurlu Horadiz əməliyyatının 25 illiyi qeyd olunub

Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 25 il ötür.
Bu münasibətlə 1994-cü ildə Füzuli rayonunun 21 kəndinin və Horadiz qəsəbəsinin düşmən işğalından azad olunmasında iştirak etmiş hərbi hissənin keçmiş döyüşçüləri yanvarın 5-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri qoyublar...davamı








“İdman sağlamlığın bünövrəsidir”

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə idmanın cəmiyyətdə rolunun artmasında xidmətləri əvəzsizdir. Ulu Öndər gənc nəsli həvəsləndirmək, bu sahədə uğurların əldə edilməsi və davamlı olması üçün əlindən gələni əsirgəmirdi. Əbədiyaşar liderin apardığı siyasətin layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyev də idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır, respublikamızın idman imicinin yüksəlməsinə çalışır. Bu səbəbdən rayonlarımızda idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılması mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilib...davamı


"Azərbaycan Ordusu" qəzetinin tam variantı