Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Fevral 2021 11:11

"Azərbaycan Ordusu" qəzeti № 9 (2517)

Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Prezident İlham Əliyevin prinsipial siyasətinin məntiqi nəticəsidir

Ermənistanın işğalçılıq siyasətinə son qoymaq üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, düşünülmüş strategiyası, diplomatiya cəbhəsində apardığı mübarizə nəticəsində istər ön, istərsə də arxa cəbhədə böyük uğurlar qazandıq, düşmən üzərində şanlı Qələbəmizi təmin etdik. Tarixi həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı. 44 günlük Vətən müharibəsinin gedişində bir daha sübut edildi ki, Azərbaycanın razılığı olmadan Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. İnzibati ərazisi xeyli böyük olan Kəlbəcər, həmçinin Ağdam və Laçın rayonları şəhid verilmədən, qan tökülmədən geri qaytarıldı. Bu rayonların geri qaytarılması isə Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir...davamı



Vətənimizi qoruyuruq, qoruyacağıq!

2 fevral tarixi Azərbaycan gənclərinin bayramıdır. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır...davamı



Azərbaycan Prezidenti İlham ƏLİYEV: Biz haqlı olaraq gənclərimizlə fəxr edirik

Müstəqil dövlət quruculuğu yolunda gənclərin  üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz Vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı, müstəqilliyi uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilərlər. Hər bir dönəmdə Vətənin çətin günündə, ağır sınaq zamanında mərd, sadiq gənclərə böyük ehtiyac olub. Məhz buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi işini məqsədyönlü istiqamət seçərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin bizə tövsiyə etdiyi kimi aparmağı qarşımıza məqsəd qoymalıyıq...davamı




Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Erməni terrorizmi. Ermənistanın Azərbaycana qarşı təcavüzü.
İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu dərsə hazırlaşarkən Azərbaycanın tarixinə dair nəşr olunmuş vəsaitlərdən, dövri mətbuatda çap olunmuş materiallardan istifadə etməli və öz bölməsinin tapşırıqlarını, xüsusiyyətlərini, xidmət şəraitini nəzərə alaraq, mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirməlidir.

Suallar:

1. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün formalaşması tarixi.

2.XX əsrin axırlarında erməni separatçılığı. Ermənistan-Azərbaycan münaqişəsinin yaranma tarixi...davamı



Bir zamanlar bizə həmvətən olub indi vətənləşənlər

44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı sayəsində Böyük Qələbə ilə başa çatdı. Bu müqəddəs yolda şəhidlərimizin Vətən sevgisini sabahlarımız üçün yaşadacağıq. Şəhidlər xalqımıza ölçüyəgəlməz qürur, fəxr hissi yaşatmaqdadır...davamı




44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq

Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Hər kəs Vətən fədaisi oldu o gün. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir...davamı




"Azərbaycan Ordusu" qəzetinin tam variantı