Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Oktyabr 2017 11:57

"Azərbaycan Ordusu" qəzeti - №81 (2198)

Qətiyyətin son ünvanı - Qələbə!
Ön xətdə əsgərlərimizlə görüşəndə, onların gözündəki sevinci hiss edəndə, dili ilə demək istədiklərini - bizimlə birlikdə müşayiət etdiyiniz torpaqlar ulu babalarımız Cavanşirin, Babəkin, Xətainin at oynatdığı oylaqlardı. Bu torpaqları qorumaq bizim müqəddəs borcumuzdur - fikrini duyanda qəlbimizdən həzin bir titrəyiş keçir. Belə ruha, belə sevgiyə, belə məsləkə ortaq olursan. Kövrəlirsən, qürurlanırsan, fəxr edirsən...davamı

 



Ordu quruculuğunda mühüm mərhələ
Gələn il Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 ili tamam olur. Keçən bir əsr ərzində müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biri olan Silahlı Qüvvələrin yaradılması prosesinə nəzər saldıqda görürük ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan hərbi ənənələr müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir...davamı

 

 

“Həyatımda ən çox sevindiyim gün idi...”
Cəbhə bölgəsində, düşmənlə təmas xəttində zabit Murad Muradovla görüşüb söhbət edirik. Zabit deyir ki, Müdafiə naziri general-polkovnik  Zakir Həsənov bu yaxınlarda hərbi hissəmizdə olarkən ön xətdə döyüşçülərlə görüşüb və onların qayğılarıyla maraqlanıb. "Ordu rəhbərliyinin tez-tez əsgərlərə baş çəkməsi şəxsi heyətin hərbi xidmətə məsuliyyət hissini daha da artırır...davamı

 



Hər anımız Vətən deyir
Yazıçı Aqil Abbasın ssenarisi əsasında çəkilən "Dolu" filmində bir epizod var: Əsgərlərimiz düşmənlə meşəlik ərazidə qeyri-bərabər döyüşə girirlər. Erməni səngərlərində gizlənən tank və digər  zirehli texnikalar  biz tərəfə atəş aça-aça tez-tez mövqelərini dəyişir. Həmin an filmin əsas qəhrəmanları "Drakon" və "Pələng" arasındakı  dialoq diqqətdən yayınmır: "Bu BTR-lərdən 4-5-i bizdə olsaydı, Əsgəranı çoxdan şumlamışdıq"...davamı

 



Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs
Mövzu: Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin siyasi-iqtisadi əsasları və dövlət hakimiyyəti haqqında. Dövlət institutları arasında Silahlı Qüvvələrin rolu və yeri.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan tarixinə dair tarixi və bədii ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur...davamı

 



Sən qalib gələcəksən!
Əsgər və zabitlərin asudə vaxtının təşkilinin müxtəlif formaları var. Nə təşkil olunmasını hərbi hissənin komandanlığı müəyyənləşdirirsə, necə təşkil olunması icraçının səlahiyyətidir. Bütün tədbirlərin mahiyyəti Vətənə sevgidi, vətənpərvərlikdi, torpaqsevərlikdi. Hər tədbir əsgərlərin mənəvi-psixoloji hazırlığında mühüm bir vasitədi...davamı

 

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı