Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2018 11:26

"Azərbaycan Ordusu" qəzeti 8 avqust 2018-ci il №60 (2276)


Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir
Azərbaycan Ordusunun yaranmasından 100 il ötür. Daim inkişafda olan ordumuzun bu gün  dünyanın ən güclü orduları sırasında olması həm ölkə daxilində, həm də dünya miqyasında göz qabağındadır. Keçirilən irimiqyaslı təlimlər, beynəlxalq ordu yarışlarında hərbçilərimizin qazandığı nailiyyətlər və 2016-cı ilin aprelin əvvəllərində düşmən qüvvələri üzərində inamlı qələbəmiz bunun sübutudur...davamı



Güclü ordunun əsgəri olmaq şərəfdir

Bu gün Azərbaycan Ordusunda şəxsi heyətin döyüş təcrübəsinin, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji keyfiyyətlərinin təkmilləşdirilməsi başlıca vəzifələrdən biridir. Məqsəd dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasının təminatçısı rolunda çıxış edən ordunun şəxsi heyətinin döyüş və vətənpərvərlik ruhunun yüksək olmasına nail olmaqdır...davamı



Jurnalistlər ekstremal şəraitdə də işləməyi öyrənirlər
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi və Müdafiə Nazirliyinin tərəfdaşlığı ilə Milli təhlükəsizlik və müdafiə tələblərinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərdə hərbi sahəyə aid məxfi məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısını almaq, hərbi qulluqçuların və kütləvi informasiya vasitələri nümayəndələrinin təcrübə və vərdişlərini formalaşdırmaqla hüquqi-maarifləndirmə biliklərini artırmaq məqsədilə "Dinc Dünya" Araşdırma Mərkəzinin icra etdiyi "Konflikt jurnalistikası məktəbi"nin növbəti təlim-tədris ilinin təşkili layihəsi çərçivəsində tədbir keçirildi...davamı



Unudulmaz sərkərdə
Kəngərlilər - Naxçıvanskilər nəsli də Əfşarlar, Qacarlar, Şıxlinskilər nəsli kimi Azərbaycanın sərkərdəlik tarixinə çoxlu sayda generallar bəxş edib.
Kəngərlilər nəslinin sonuncu generalı xan əsilli Cəmşid Naxçıvanski yunkerdən, sıravi əsgərdən sərkərdəliyədək yüksələrək ulu babalarının, atasının döyüş yolunu şərəflə, xüsusi hərbi istedad və bacarıqla davam etdirmişdir....davamı



Xalqımıza Böyük Qələbənin sevincini yaşadacağıq!

Uzun lüləli topları, deşilməz zirehi və qarşısına çıxanı tırtılları ilə əzib keçən tanklar və onları idarə edən döyüşçülər müasir müharibələrdə silinməz izlər qoyurlar. Müharibənin gedişində strateji üstünlüklərə malik olan "dəmir atlar" günümüzün ən təsirli döyüş vasitələrindəndir...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi


(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Əsgərin döyüşə psixoloji hazırlığı...davamı



Yaşayan, yaşadılan hikmət

Ziyarət müqəddəsliyə mənəvi borcödəmədi. Ömrünü müqəddəsliyin mühafizəsi  üçün yaşayanları xatırlamaq, nişanələri önündə sayğı duruşu, onlarla xəyalən kəlmələşmə, bəzən ürkəcək, bəzən duyğusal təmas o ömürlərin ölməzliyinin təsdiqidi...davamı


“Bu amalın əsgəriyik!”

Günün nizam qaydası əsgərlərin gündəlik fəaliyyətini müəyyənləşdirir. Fiziki hazırlıq da günün nizam qaydasının ayrılmaz və önəmli hissələrindəndir. Əsgərlərin döyüş qabiliyyətinin artırılmasında, sağlamlığının möhkəmləndirilməsində fiziki hazırlığın müstəsna rolu var. İdman tədbirləri zamanı əldə edilən güc şəxsi heyətin döyüş qabiliyyətinə müsbət təsir göstərir...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı