Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 2020 10:50

"Azərbaycan Ordusu" qəzeti № 8 (2426)

Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir

Ümummilli lider Heydər Əliyev: “Ölkəmizin hər bir gənci, Azərbaycan xalqına, millətinə mənsub olan hər bir gənc öz şərəfli borcunu mütləq yerinə yetirməlidir, orduda xidmət etməlidir. Orduda xidmət edib, sonra tərxis olan gənc bizim cəmiyyətdə də, həyatımızın bütün sahələrində də ən dəyərli insan hesab olunur.”...davamı



“Hərbçi olmağımla qürur duyuram”

Həyatda hər bir sənətin, peşənin öz yeri və özəlliyi mövcuddur. Sən  sənətinlə o zaman ucala bilərsən ki, öz peşəni ürəkdən sevib onun ustası, sənətkarı olasan. Ona görə də gərək peşə seçimində heç zaman yanılmayasan. Hər hansı peşəni seçmək istəyən zaman düşünmək vacibdir. Mən bu peşəni sevirəm,  ya yox. O insan xoşbəxtdir ki, seçdiyi peşəyə daima ürəyində məhəbbəti, istəyi var...davamı



Azərbaycan əsgəri zəfər sorağı ilə xalqımıza sevinc bəxş edəcək!

Soyuq bir qış səhəridi... Bu günün soyuğu, şaxtası, özünəməxsus gözəlliyi və insanlara bəxş etdiyi əhval-ruhiyyəsi nədənsə digər günlərdən seçilir. Yolboyu düşüncəmizə səngər, Azərbaycan əsgəri, işğal olunmuş torpaqlarımızın tezliklə azad olunacağı... fikri hakim kəsilib. Hava soyuq olsa da, yaxşı bilirik ki, Azərbaycan əsgəri yayın istisindən, qışın sazağından, xidmət etdiyi yerin relyefindən asılı olmayaraq müqəddəs vəzifəni yerinə yetirir, ana Vətənin müdafiəsində dayanır...davamı



Qələbəyə gedən yolun uğurlu olsun, Azərbaycan əsgəri!

Geniş meydanda döyüş hazırlığı məşğələsi keçən şəxsi heyətin cəld və çevik hərəkətləri hələ uzaqdan diqqətimizi özünə çəkdi. Asta addımlarla onlara yaxınlaşıb məşğələnin gedişini izləməyə başladıq. Sıranın qarşısında dayanan zabit dərsin mövzusunu əsgərlərə ətraflı izah edirdi. Silahın sökülüb-yığılma qaydalarını əyani surətdə şəxsi heyətə göstərirdi. Əsgərlər isə zabitə qulaq asır, bütün diqqətlərini dərsin gedişinə yönəltmişdilər...davamı



Azərbaycanın və qardaş Türkiyənin istiqlaliyyəti üçün savaşmış azərbaycanlı zabit

Azərbaycan Ordusunun tarixi Azərbaycan Xalq Cümhuriyyəti tarixinin ayrılmaz tərkib hissəsidir. Cümhuriyyət ordusunun yaradılması, formalaşdırılması, qısa müddət ərzində real hərbi qüvvəyə çevrilməsi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin və Hərbi Nazirliyin fəaliyyətinin çox mühüm, şərəfli səhifələrindən birini təşkil edir...davamı

 

“İnanıram ki, əsgərlərlə növbəti görüşlərimiz Şuşada olacaq”

Füzuli Dövlət Dram Teatrının yaradıcı kollektivi müntəzəm olaraq həm əlamətdar, həm də bayram günlərində hərbi hissə və birləşmələrə gedir, hərbçilər qarşısında teatrlaşdırılmış maraqlı konsert proqramları ilə çıxış edirlər. Belə maraqlı tədbirlər zabit və əsgərlərimizin ruh yüksəkliyini daha da artırır, onların vətənpərvərlik hisslərini coşdurur...davamı



Şəkil sözü - şəklin sözü

Şəkil həm bir anın yaşadılan dərkidi, həm də bir anın dərkinin yaşadılan tarixi...

Məzmunlu şəkil həm zaman deməkdi, həm də məkan - zamanı və məkanı eyni görüntüdə birləşdirən həmin bir anın əbədiliyinin başlanğıcı deməkdi. Belə şəkillər mehr-ülfətlə, səmimiliklə, könül xoşluğuyla danışan, mətləb bildirən şəkillərdi. Uca ruhların qayibanə səsini eşidə bilənlər belə şəkillərin pıçıltısını da duyur...davamı

 


"Azərbaycan Ordusu" qəzetinin tam variantı