Rəşadətli Azərbaycan Ordusu qürur mənbəyimizdir
Azərbaycan Ordusunun yaranmasının 106-cı ili tamam oldu. Tarixin bu səhifələrini hər bir azərbaycanlının öyrənməsi vacibdir. Azərbaycanda ordu quruculuğunun əsası 1918-ci ildə qoyulub. Həmin dövrdə Azərbaycan bolşevik-daşnak qüvvələrinin qarşısını almağa qadir deyildi. Azərbaycan hökuməti hərbi kömək üçün Osmanlı Türkiyəsinə müraciət etdi...davamı
İctimai-siyasi hazırlıq mənəvi-psixoloji vəziyyətin zaminidir
Rəşadətli Azərbaycan Ordusunun sıralarında xidmət edən gənclərin mənəvi dəyərlərə sədaqəti, xalqa, millətə, Vətənə olan sevgisi göz qabağındadır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun Aprel, Tovuz döyüşləri, “Günnüt əməliyyatı”, 44 günlük Vətən müharibəsi və həyata keçirdiyi digər döyüş əməliyyatları zamanı əldə edilən zəfər bir daha ordumuzun güc və qüvvətini bütün dünyaya nümayiş etdirdi...davamı
Amalımız Vətənə əsl müdafiəçi olmaqdır
2024-cü ilin tədris planı və proqramına uyğun olaraq, Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin kursantları ilə səhra şəraitində keçirilən atəş hazırlığı üzrə praktiki məşğələnin şahidi oldum. Məşğələ rəhbəri təlim sahəsində şəxsi heyətə silah və hərbi sursatların təyinatını izah edib, döyüş və texniki xassələri barədə məlumat verirdi...davamı
Ömər aşırımından keçib Kəlbəcərə getmək
Bundan sonra biz əbədi bu yolla gedəcəyik
Bunu xəyal etməyi ağlımıza da gətirməzdik. Çünki bir zamanlar o yol keçilməz idi, frazeoloji anlamda deyil, əsl mənada. Ömər aşırımı yerdən 3260 metr hündürlükdədir. O dağların altından tunel çəkmək isə bir ayrı qəhrəmanlıqdır, möcüzədir...davamı
“Yeməklər dadlı və yüksək kalorilidir”
Əsgərlərin sağlam və yüksək kalorili qidalanması, hərbi xidmətin vacib komponentlərindən biridir. Bu gün hərbi hissələrdə əsgər yeməkxanaları son texnologiyalara cavab verən müasir avadanlıqlarla təchiz edilib. Təbiidir ki, bu da yeməklərin hazırlanma prosesini asanlaşdırır və onların keyfiyyətini artırır...davamı
Şuşa uğrunda döyüşlər xarici mütəxəssislərin gözü və sözü ilə
Üstündən nə qədər zaman keçirsə-keçsin tarixi hadisələr, tarixi döyüşlər heç vaxt unudulmur. Həmişə yazılır və xatırlanır. Xatırlandıqca da onun yeni çalarları üzə çıxır. Bu hadisələr və döyüşlər həm də tarix kitablarına salınır. Zaman-zaman mütəxəssislər tərəfindən öyrənilir və öyrədilir. Şuşa uğrunda gedən döyüşlər də tarixi döyüşlərdir. Ona görə də onu öyrənmək və öyrətmək lazımdır...davamı
Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi
Mövzu: Qarabağ qədim türk yaşayış məskənidir. Qarabağ Azərbaycandır...davamı
Əbədiyyətə qovuşanlar
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Gəncə, Şəmkir, Qovlar, Tovuz şəhərlərində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış oğulların xatirələrinə həsr olunan anım mərasimləri keçirildi...davamı
Şəhidlik: Qəhrəmanlıqla yazılan əbədiyyət
Şəhidlik insan ruhunun ən uca zirvəsi, Vətən uğrunda canını fəda etməyin ən ali dəyəridir. Bu zirvə sadəcə bir ölümdən ibarət deyil, əksinə, əbədi həyata gedən yolun başlanğıcıdır. Azərbaycan xalqının tarixi boyu şəhidlik, müqəddəs bir məfhum kimi qorunmuş, millətimizin iradəsini və azadlıq uğrunda mübarizəsini simvolizə etmişdir...davamı
Üç döyüşçü: ata, oğul, nəvə
Kənd əsgərləşmişdi, düşmənlə əli silah tutanların hamısı döyüşürdü. Səməd də döyüşənlərin sırasındaydı. O da həftələrlə döyüş mövqelərində olurdu. Həftədə bir, on gündən bir evə gəlir, səhərisi qayıdırdı. Evdən üç yaşlı oğlu Səlim yuxudaykən çıxırdı, ləngiyəndə - gecə yarısı Səlim atasının boynuna sarılırdı, hönkürürdü, "Getmə..." deyirdi. Səməd gedirdi...davamı
"Azərbaycan Ordusu" qəzetinin tam variantı